Ağ şəhərdə parkinq qiymətləri bəlli oldu -1 saatı 20 manat – FOTO

Ağ şəhərdə parkinq qiymətləri bəlli oldu -1 saatı 20 manat – FOTO

Hazırda oxunan: Ağ şəhərdə parkinq qiymətləri bəlli oldu -1 saatı 20 manat – FOTO

598296

Bakıda, Ağ Şəhər ərazisində fəaliyyətə başlayacaq "Baku City Mall" ticarət mərkəzində dayanacaq xidmətinin qiymətləri müəyyənləşib. Ərazidə quraşdırılan məlumat lövhələrində əks olunan tariflər sürücülər üçün heç də cəlbedici görünmür.

Bizim.Media “Demokrat.az”a istinadən xəbər verir ki, yeni qaydalara əsasən ticarət mərkəzinin dayanacağından istifadə edənlər üçün ilk 30 dəqiqə pulsuz nəzərdə tutulub. Lakin bu müddət başa çatdıqdan sonra cəmi bir neçə dəqiqəlik gecikmə sürücüyə baha başa gələcək.

Belə ki, 30 dəqiqədən sonra 24 saata qədər olan müddət üçün vahid 20 manat ödəniş tələb olunur. Növbəti hər gün üçün də eyni məbləğ tətbiq ediləcək.
 

Müqayisə üçün qeyd edək ki, Avropanın bir çox inkişaf etmiş şəhərlərində mərkəzi zonalarda belə dayanacaq qiymətləri bu qədər yüksək deyil. Adətən ticarət mərkəzləri müştəri məmnuniyyəti üçün daha çevik və münasib tariflər təklif edir.


Qeyd edək ki, ödənişlərin Parqour tətbiqi və Birbank vasitəsilə həyata keçirilməsi mümkündür.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO