Xəbər verdiyimiz kimi, aparıcılığını Elgiz Əkbərin etdiyi "Elgizlə izlə" və Tarix Əliyevin "Tarixin bir günü" proqramının yayımı dayandırılıb.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media xəbər verir ki, bu gün səhər saatlarında Tolikin verilişi canlı olmasa da efirə gedib.
Elgizin isə ARB TV-də saat 14:45-də başlayan proqramı yayımlanmayıb. Onun əvəzində efirə "Sən demə" adlı proqram verilib.
Qeyd edək ki, bir neçə gündür sənət adamları bayağı müğənnilərin qonaq edildiyi proqramları tənqid edirlər.


Bizim.Media
































































































