Azərbaycanda 322 şəxsə qeyri-adi qadağa QOYULDU

Azərbaycanda 322 şəxsə qeyri-adi qadağa QOYULDU

Hazırda oxunan: Azərbaycanda 322 şəxsə qeyri-adi qadağa QOYULDU

598243

2025-ci ildə 322 şəxsə zorakılıqlardan qorunmaq üçün mühafizə orderi verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib.

Rəsmi məlumata görə, 2025-ci ildə yerli icra və probasiya qurumlarının icraatına məişət zorakılığı ilə bağlı 280-i qısamüddətli, 42-si uzunmüddətli mühafizə orderi olmaqla, cəmi 322 icra sənədi daxil olub.

Qeyd edək ki, mühafizə orderi məişət zorakılığı törətmiş şəxsə qarşı tətbiq edilən rəsmi məhdudiyyətlər toplusudur. Bu orderin verilməsində əsas məqsəd zorakılığa məruz qalmış şəxsin təhlükəsizliyinin təmin olunması və onun hüquqlarının qorunmasıdır.

Order qüvvədə olduğu müddətdə zorakılıq törədən şəxsə zərər çəkmiş şəxsə yaxınlaşmaq, onunla əlaqə saxlamaq və ya onu narahat edən hərəkətlər etmək qadağan olunur.

Mühafizə orderi qısamüddətli və ya uzunmüddətli ola bilər. Hər iki halda əsas hədəf məişət zorakılığının təkrar baş verməsinin qarşısını almaq və zərər çəkmiş şəxsin təhlükəsiz mühitdə yaşamasını təmin etməkdir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO