Nazir müavini: "Azərbaycanda iki universitetin statusu dəyişdirilə bilər"

Nazir müavini: "Azərbaycanda iki universitetin statusu dəyişdirilə bilər"

Hazırda oxunan: Nazir müavini: "Azərbaycanda iki universitetin statusu dəyişdirilə bilər"

598235

Bu il Azərbaycanda iki ali təhsil müəssisəsi tədqiqat universitetinə çevrilə bilər.

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov AMEA-nın Ümumi Yığıncağında çıxışı zamanı deyib. O qeyd edib ki, hazırda texnologiyalar inkişaf edir və Azərbaycanda da bu yöndə inkişaf davam edir.

Nazir müavini bu proseslər çərçivəsində Elm və Təhsil Nazirliyinin qarşısında böyük işlər dayandığını qeyd edib:

"Azərbaycan şagirdləri dünyanın nüfuzlu universitetlərində təhsil alır. Təhsil, elm və istehsalat inteqrasiya edilməlidir. 2024-cü ildən nazirlikdə bu yöndə islahatlara start verildi. Hazırda 15 müəssisə nazirliyin tərkibində fəaliyyət göstərir".

F. Qurbanov qeyd edib ki, təhsil və innovasiyalar arasında əlaqələrin gücləndirilməsi, universietlərin tədqiqat universitetlərinə çevrilməsi yönündə addımlar atılıb.

"Bu il Azərbaycanda iki universitet tədqiqat universitetinə çevrilə bilər"- sonda bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO