Xocavənddə neandertal insana aid daha bir qalıq tapıldı

Xocavənddə neandertal insana aid daha bir qalıq tapıldı

Hazırda oxunan: Xocavənddə neandertal insana aid daha bir qalıq tapıldı

598230

"Tarix sahəsində 2025-ci ilin ən mühüm elmi nəticəsi Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfədoktoru, dosent Azad Zeynalovun Xocavənd rayonundakı qədim Tağlar mağarasından Azərbaycan-Yaponiya birgə elmi ekspedisiyası ilə apardığı arxeoloji qazıntı zamanı neandertal insanın 80 min il bundan əvvələ aid olan yeni poleontropoloji qalığının tapılmasıdır".

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli Ümumi Yığıncaqdakı çıxışında deyib.

O bildirib ki, həmin arxeoloji fakt Yaponiyada karbohidrogen analiz mərhələsindədir:

"Tədqiqatçıların reallığına çox inandıqları bu fakt təsdiqlənərsə, 1968-ci ildə professor Məmmədəli Hüseynovun Azıx mağarasında aşkar etdiyi ən qədim insan çənəsindən sonra aşkar edilmiş dünya əhəmiyyətli ikinci kəşf hesab ediləcək". (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO