Cəmiyyətdə aqressivlik niyə dəbdədir? – Psixoloqdan maraqlı AÇIQLAMA

Cəmiyyətdə aqressivlik niyə dəbdədir? – Psixoloqdan maraqlı AÇIQLAMA

Hazırda oxunan: Cəmiyyətdə aqressivlik niyə dəbdədir? – Psixoloqdan maraqlı AÇIQLAMA

59823

“Kütlə psixologiyası deyə bir şey var. İnsanları aqressiya ilə yaxşı idarə etmək olur. Sosial şəbəkələrdə bəzi səhifələr var ki, bu aqressiyanı oyatmaqdan ötrü müxtəlif başlıqlardan istifadə edirlər. Sanki insanların içində yığılıb qalmış o duyğulara qarşı hücuma keçirlər. Bu, hansısa şəxs və ya hadisə barədə də ola bilər”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında tanınmış psixoloq Samirə Bağırova qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

“Kişi ol, kişilər ağlamaz!” ifadəsi uşaqları aqressiv edir - PSİXOLOQ


Psixoloq hazırda aqressivliyin dəbdə olduğunu vurğulayaraq, sosial şəbəkələrin buna təkan verdiyini deyib:

“Əslində aqressivlik həmişə olub. Amma sosial şəbəkə və internet yox idi deyə bəzi insanlar duyğularını etiraf edə bilmirdilər. İndi isə insanların sosial şəbəkə vasitəsilə içindəki aqressiyanı, kini çıxarmaları mümkündür və bunu edənlər sanki rahatlıq tapır. Yaşadığımız cəmiyyət, hər kəs keyfiyyət xatirinə deyil, reytinq üçün çalışır. İstəyir televiziya kanalı, istər sosial şəbəkə, istərsə də blogerlər, hətta məşhurlar “layk” yığma, bəyənmə xatirinə işləyir”. 

Psixoloqun tövsiyyəsinə görə ilk növbədə özümüz özümüzü qorumalıyıq:
 

“Gözəl yaşamaq üçün gözəl düşünmək lazımdır. Gözəl düşüncədən isə gözəl danışmağı öyrənəcəyik. Özümüz seçim etməliyik və bu ataklardan qorunmalıyıq.


Çevrəmizdəki insanlara diqqət etməliyik. Çünki təsirə məruz qalma ehtimalı böyükdür. Boş yerə deyilməyib ki, ətrafında üç uğursuz insan varsa, dördüncüsü sənsən. Bir sözlə özümüzü neqativə qarşı bloklamalıyıq. Bacaranlar edir, bacarmayanlar isə psixoloqa müraciət edir. Psixoloqa müraciət etməyənlərin sayı isə daha çoxdur”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO