Taksi və yük maşını sürücüləri imtahan VERƏCƏK

Taksi və yük maşını sürücüləri imtahan VERƏCƏK

Hazırda oxunan: Taksi və yük maşını sürücüləri imtahan VERƏCƏK

598209

Fevralın 27-də xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, həmin gün beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə də imtahan təşkil olunacaq.

İmtahanlarda iştirak etmək üçün ümumilikdə 1 679 nəfər qeydiyyatdan keçib.
 

İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin DİM-in saytına yerləşdiriləcək.


Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə bilərlər.
//exidmet.dim.gov.az/elimt/ImtBuraxilish/Login

İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ndə göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.

"Yaddaş kitabçası" ilə buradan tanış ola bilərsiniz. //dim.gov.az/CkImage/_yaddas_surucu-operator_1729750218.pdf

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO