Azərbaycanda şirkət rəhbərinə elektron qolbaq taxıldı

Azərbaycanda şirkət rəhbərinə elektron qolbaq taxıldı

Hazırda oxunan: Azərbaycanda şirkət rəhbərinə elektron qolbaq taxıldı

598202

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Babək Mustafayevin barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya protesti və kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, Babək Mustafayev tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə rəhbəri olduğu MMC vasitəsilə dələduzluq əməlləri törədib.
 

Məhkəmə araşdırmaları zamanı müəyyən edilib ki, o, şirkətin rəhbəri kimi fəaliyyət göstərdiyi dövrdə podrat müqavilələri əsasında tikinti materialları alaraq fərdi yaşayış evlərinin təmir-tikintisində istifadə edib və əldə etdiyi gəlirlərlə əvvəlki öhdəliklərini qismən ödəyərək tanışı – zərərçəkmiş S.S.-in (adı, soyadı şərtidir) etibarını qazanıb. Daha sonra isə şirkətin faktiki müflis olduğunu və ödəmə qabiliyyətinin olmadığını gizlədərək aldığı materialların pulunu qaytaracağı barədə yalan vədlər verib.


Belə ki, 2020-ci ilin sentyabrından 2021-ci ilin iyun ayınadək olan dövrdə Babək Mustafayev Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən “Dərnəgül Tikinti Bazarı” və Binəqədi rayonundakı “Daş Bazarı”nda S.S.-ə məxsus tikinti materialları mağazasından hissə-hissə olmaqla ümumilikdə 40 600 manatlıq material götürüb. Materiallardan müxtəlif tikinti sahələrində istifadə edərək əldə etdiyi pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf edib və bununla da xeyli miqdarda əmlakı etibardan sui-istifadə yolu ilə ələ keçirib.

Bundan başqa, Babək Mustafayev eyni üsulla təkrar dələduzluq əməli törədilib. O, zərərçəkmiş T.T.-nin (adı, soyadı şərtidir) mağazasından 2021-ci ilin yanvarından iyulun 28-dək olan müddətdə hissə-hissə olaraq 46 028 manatlıq tikinti materialı götürüb. Yenə də alınan materialların pulunu qaytaracağı barədə vədlər verilsə də, öhdəliklər icra olunmayıb və vəsaitlər şəxsi ehtiyaclara sərf edilib.

Bu əməllər nəticəsində Babək Mustafayevin S.S.-ə 40 600 manat və T.T.-yə isə 46 028 manat zərər vurulduğu müəyyən edilib.

 

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Babək Mustafayev Cinayət Məcəlləsinin dələduzluq maddəsi üzrə təqsirli bilinib və 4 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Məhkəmə həmçinin mülki iddianı qismən təmin edib: - 40 600 manat maddi zərər və 362 manat dövlət rüsumu daxil olmaqla ümumilikdə 40 962 manatın təqsirləndirilən şəxsdən tutularaq zərərçəkmiş S.S.-ə ödənilməsi qərara alınıb.


Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək cəzanın daha sərt hədlərdə azadlıqdan məhrumetmə ilə əvəz olunmasını xahiş edib. Zərərçəkmiş şəxslər də apellyasiya şikayətləri təqdim edərək Babək Mustafayev üçün qanunla nəzərdə tutulmuş yuxarı həddə cəza təyin edilməsini tələb ediblər. Müdafiə tərəfi isə bəraət hökmünün çıxarılmasını istəyib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib, lakin dövlət ittihamçısının protesti və zərərçəkmişlərin şikayətləri qismən təmin olunub. Qərara əsasən, Babək Mustafayev Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Həbsdə keçirdiyi 9 ay 20 gün müddət isə qanunvericiliyə uyğun olaraq iki gün bir gün hesabı ilə nəzərə alınıb və nəticədə qəti olaraq 1 il 4 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. Həmin qərardan dövlət ittihamçısı kassasiya protesti verib. Müdafiəçi və zərərçəkmiş tərəflər də kassasiya şikayətləri təqdim edərək qərarın dəyişdirilməsini xahiş ediblər. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO