Qaxda yas mərasimləri belə təşkil olunacaq - FOTO

Qaxda yas mərasimləri belə təşkil olunacaq - FOTO

Hazırda oxunan: Qaxda yas mərasimləri belə təşkil olunacaq - FOTO

598185

Ölkəmizdə yas mərasimlərində israfçılığın qarşısının alınması istiqamətində işlər davam etdirilir. Bu istiqamətdə qəti qərarın verildiyi növbəti rayon Qax oldu.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, martın 1-dən etibarən rayonun bütün ərazisində yas mərasimləri ilə bağlı yeni qaydalar qüvvəyə minəcək. Rayon mərkəzi və kəndləri əhatə edən qərara əsasən, mərasimlərdə ehsan süfrələrinin açılması ləğv edilir.
 

İsrafçılığın qarşısını almaq məqsədilə qəbul edilən bu qərardan sonra yas yerlərində qonaqlara yalnız çay süfrəsi təqdim olunacaq. Bununla bağlı rayon rəhbərliyi ictimaiyyət və din xadimləri, eləcə də ziyalılarla görüş keçirib, məsələ ciddi müzakirə olunub.


Yerli sakinlər və aidiyyəti qurumlar tərəfindən dəstəklənən bu qərarın əsas hədəfi yas sahiblərinin ağır itki ilə yanaşı, həm də maddi çətinliklərlə üzləşməsinin qarşısını almaqdır.


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO