Bakı-Abşeron ərazisində fərdi yaşayış üçün ən ucuz torpaq sahələri hal-hazırda Güzdək qəsəbəsi ərazisindədir.
Bizim.Media xəbər verir ki, bu barədə əmlak məsələləri üzrə ekspert Elnur Azadov Modern.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, Zirə və Türkanın bəzi ərazilərində də torpaqlar digər şəhərətrafı kənd və qəsəbələrlə müqayisədə daha ucuzdur:
"Bu ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlar daha ucuzdur. Lakin qeyd etdiyim kimi, son bir il ərzində ən ucuz torpaq sahələri Güzdək ərazisindədir. Hazırda Güzdəkdə bir sot torpağın qiyməti 700-1000 manat aralığında dəyişsə də stabillik yoxdur. Bahalaşma davam edir".
Ekspert əlavə edib ki, Güzdəyin kommunal xidmətlə təchiz edilmiş ərazilərində qiymətlər 1 sot torpaq üçün qiymət 1000-2000 manat aralığındadır. Həmçinin, Atyalı deyilən ərazidə və Müşfiqabad qəsəbəsinin kənar hissələri qiymət baxımından nisbətən ucuzdur.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:53 / 25.02.2026
Bakıda ən ucuz torpaq sahələri bu 4 qəsəbədədir
Hazırda oxunan: Bakıda ən ucuz torpaq sahələri bu 4 qəsəbədədir
Hazırda oxunan: Bakıda ən ucuz torpaq sahələri bu 4 qəsəbədədir
598176
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































