Şəmkirdəki qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Şəmkirdəki qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Hazırda oxunan: Şəmkirdəki qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

598139

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsatər alanların son durumu ilə bağlı rəsmi açıqlama verilib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə? Şəmkir Rayon Mərkəzi Xəstəxanasından verilən açıqlamaya görə, fevralın 24-də saat 17:10-da Şəmkir rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan beş nəfər (iki kişi, üç qadın) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Pasiyentlərə ilkin tibbi yardım göstərilib, zəruri instrumental və laborator müayinələr aparılıb. Hazırda müalicələri Cərrahiyyə şöbəsində davam etdirilir.

Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 1953-cü il təvəllüdlü şəxsin (kişi) bioloji ölüm faktı qeydə alınıb. Digər pasiyentlərin vəziyyəti orta ağır olaraq qiymətləndirilir" - deyə məlumatda bildirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO