Marketdə CİDDİ NÖQSAN: Vaxtı keçmiş məhsullar aşkarlandı - FOTO

Marketdə CİDDİ NÖQSAN: Vaxtı keçmiş məhsullar aşkarlandı - FOTO

Hazırda oxunan: Marketdə CİDDİ NÖQSAN: Vaxtı keçmiş məhsullar aşkarlandı - FOTO

598121

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Mingəçevir şəhəri, Xocalı küçəsi, ev 8 ünvanında fiziki şəxs Vəfa Razim qızı Əliyevaya məxsus “Yusif” marketdə plandankənar yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, yoxlama zamanı ciddi qanun pozuntusu aşkarlanıb.

Müxtəlif əmtəə nişanlı, ümumilikdə 510 ədəd son istifadə müddəti bitmiş qida məhsulunun satışa çıxarıldığı müəyyən edilib.

Faktla bağlı sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Həmçinin vaxtı keçmiş məhsulların satışının qadağan edilməsi, dövriyyədən çıxarılması və məhv edilməsi barədə müvafiq qərar qəbul olunub.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO