Zabratda su xəttində baş verən qəza aradan qaldırıldı

Zabratda su xəttində baş verən qəza aradan qaldırıldı

Hazırda oxunan: Zabratda su xəttində baş verən qəza aradan qaldırıldı

598117

Sabunçu rayonu, Zabrat qəsəbəsi, Molla Vəli Vidadi küçəsində diametri 560 millimetr olan içməli su xəttində qəza hadisəsi qeydə alınan kimi əraziyə müvafiq rayon sukanal idarəsinin qəza briqadası cəlb edilib. Su xəttində ilkin olaraq qaynaq işləri aparılmaqla qəza aradan qaldırılıb.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Bizim.Media-ya bildirilib ki, hazırda bütün istiqamətlər üzrə təmir-bərpa işləri yekunlaşıb və suyun verilməsi bərpa edilib.

“Bəzi ərazilərdə əhali tərəfindən primitiv çəkilən xətlər standardlara cavab vermədiyi üçün hidravlik rejimin bərpası vaxt tələb edir. Hazırda bütün istiqamətlər üzrə təmir-bərpa işləri yekunlaşıb və suyun verilməsi bərpa edilib”, - deyə qurumun yaydığı məlumatda bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO