Mülayim hava şəraitindən sonra Lerik rayonunda qarlı hava müşahidə olunur.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Cənub bölgəsində ötən gündən etibarən hava şəraitinin dəyişməsi nəticəsində rayonun dağlıq ərazilərinə qar yağıb.
Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib ki, şəhər ərazisində qar qısamüddətli olub, hazırda dumanlı hava müşahidə olunur. Dağlıq ərazilərdə isə qar yağışı davam edir.
Bildirilib ki, yollar açıqdır, elektrik enerjisi və təbii qazın verilişində hər hansı problem yoxdur.

Sabutay, Bizim.Media, Cənub bürosu.


































































































