Nazirlər Kabineti 7 may 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləğinin hesablanması Qaydası"nda dəyişiklik edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, gömrük borcu hesablanmış gömrük ödənişləri üzrə borclu olan və ya Gömrük Məcəlləsinin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə etməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilə bilər. Fiziki şəxslər
tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi ilə əlaqədar yarana biləcək gömrük ödənişləri sahibkarlıq subyekti olmayan fiziki şəxs, habelə Gömrük Məcəlləsinin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə edilməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilə bilər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:15 / 24.02.2026
"ƏDV üzrə gömrük borcunun məbləğinin hesablanması Qaydası" DƏYİŞDİ
Hazırda oxunan: "ƏDV üzrə gömrük borcunun məbləğinin hesablanması Qaydası" DƏYİŞDİ
Hazırda oxunan: "ƏDV üzrə gömrük borcunun məbləğinin hesablanması Qaydası" DƏYİŞDİ
598097
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































