Əhali geyimə nə qədər pul xərcləyib? – STATİSTİKA

Əhali geyimə nə qədər pul xərcləyib? – STATİSTİKA

Hazırda oxunan: Əhali geyimə nə qədər pul xərcləyib? – STATİSTİKA

598091

Bu ilin yanvar ayında Azərbaycanda 19,8 milyon manatlıq geyim istehsal edilib.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq ayına nisbətən 3,9 faiz çoxdur.

Dövr ərzində 87,5 min ədəd üst geyim, 81,9 min ədəd istehsalat və peşə komplektləri, 155,9 min ədəd alt geyim, 429,7 min cüt corab məmulatları istehsal edilib.
 

Qeyd edək ki, 2026-cı ilin yanvar ayında ölkə əhalisinin pərakəndə ticarət şəbəkələrində toplam xərclədiyi vəsaitin 14,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub. Təkcə ötən ay əhali geyimə 760,9 milyon manat vəsait xərcləyib ki, bu da 2025-ci ilin yanvar ayı ilə müqayisədə 5,6 faiz çoxdur.


Onu da bildirək ki, hesabat ayında Azərbaycana 30 123.3 min ABŞ dolları dəyərində geyim əşyaları və ləvazimatları idxal olunub ki, bu da illik müqayisədə 11,8% azdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO