Dağıstanın Dərbənd şəhərində polis əməkdaşları uşaq arabasında bir yaşlı qız uşağının meyitini aşkarlayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə “Sapa Kavkaz” Telegram kanalı məlumat yayıb.
Hadisə Aqasiyev prospektində, “Severniy” avtovağzalının yaxınlığında baş verib. Sənədlərin yoxlanılması zamanı polis 40 yaşlı qadının gəzdirdiyi uşaq arabasında bir yaşlı qızın meyitini aşkar edib. İlkin məlumata görə, ana uşağın qida çatışmazlığı səbəbindən aclıqdan öldüyünü bildirib.
Qadın saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Uşağın ölüm səbəbləri araşdırılır, dəqiq səbəbin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:21 / 24.02.2026
Uşaq arabasında bir yaşlı körpənin meyiti tapıldı
Hazırda oxunan: Uşaq arabasında bir yaşlı körpənin meyiti tapıldı
Hazırda oxunan: Uşaq arabasında bir yaşlı körpənin meyiti tapıldı
598069
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































