Normadan isti FEVRAL – Zərərvericilərin sayı ARTIR?

Normadan isti FEVRAL – Zərərvericilərin sayı ARTIR?

Hazırda oxunan: Normadan isti FEVRAL – Zərərvericilərin sayı ARTIR?

598038

Ölkəmizdə fevral ayında demək olar ki, əsasən yağmursuz və günəşli hava şəraiti höküm sürüb.

Bu isə mövsüm üçün xarakterik olmayan hava şəraitidir.

Temperaturun əvvəl normadan artıq olub və yenidən enməsinin isə kənd təsərrüfatı məhsullarına ziyan vuracağı ehtimal edilir.

İqtisadçı-ekspert Akif Nəsirli Bizim.Media-ya açıqlamasında bildirib ki, isti keçən qış həm də zərərvericilərin daha çox sağ qalmasına şərait yaradır ki, bu da yaz mövsümündə məhsuldarlığı azalda bilər:

“Fevral ayının mövsümə uyğun olmayan şəkildə keçməsi kənd təsərrüfatında məhsuldarlığa birbaşa təsir göstərə bilər. Əgər hava normadan isti olarsa, bitkilər vaxtından əvvəl oyanaraq inkişaf mərhələsinə keçir. Bu zaman sonradan baş verə biləcək şaxtalar çiçəklərə və gənc tumurcuqlara zərər verərək məhsul itkisinə səbəb ola bilər. Xüsusilə, meyvə ağacları üçün bu risk daha böyükdür.

Əgər fevral ayında yağıntı az olarsa, torpaqda rütubət çatışmazlığı yaranır və yaz əkinləri üçün əlavə suvarma tələb olunur. İsti keçən qış həm də zərərvericilərin daha çox sağ qalmasına şərait yaradır ki, bu da yaz mövsümündə məhsuldarlığı azalda bilər.

Bütün bunlar göstərir ki, fevral ayının normadan artıq  olması məhsulun həcminə və keyfiyyətinə mənfi təsir göstərə bilər, lakin təsirin səviyyəsi bölgənin iqlimindən və əkilən bitki növündən asılı olaraq dəyişir”.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO