Bu şəxslərə kompensasiyaların verilməsi qaydaları DƏYİŞDİ

Bu şəxslərə kompensasiyaların verilməsi qaydaları DƏYİŞDİ

Hazırda oxunan: Bu şəxslərə kompensasiyaların verilməsi qaydaları DƏYİŞDİ

597891

Nazirlər Kabineti 21 yanvar 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları"nda dəyişiklik edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
 

Qərara əsasən, Azərbaycanın diplomatik nümayəndəliklərində və konsulluqlarında dövlət məvacibinin, aylıq əlavənin və digər təminatlarla bağlı ödənişlərin həyata keçirildiyi valyutaların növləri siyahısına Bəhreyn Krallığı da əlavə edilib.


Prezident İlham Əliyevin 2025-ci ilin oktyabr ayında imzaladığı Sərəncamla Azərbaycanın Bəhreyndə (paytaxt Manamada) Səfirliyi təsis edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO