Prokurorluğa çağırılan Çelsi ölkədən QAÇDI

Prokurorluğa çağırılan Çelsi ölkədən QAÇDI

Hazırda oxunan: Prokurorluğa çağırılan Çelsi ölkədən QAÇDI

597887

Son günlər paylaşımları ilə gündəmə gələn model Çelsi Baxşıyeva prokurorluğa çağırılıb. 

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, sosial şəbəkələrdə nalayiq ifadələr işlədən tiktoker çağırışa getməyib, həmin gün ölkəni tərk edib.
 

Məsələ ilə bağlı açıqlama verən Çelsi şikayət etdiyi Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı Anar Pirməmmədov tərəfindən hədələndiyi üçün ölkəni tərk etmək məcburiyyətində qaldığını deyib. Model son günlər özünün icazəsi olmadan şəxsi şəkillərinin yayılması faktı ilə bağlı da hüquq-mühafizə orqanlarına müraciət edib.


Çelsinin vəkili Asim Abbasov isə deyib ki, müvəkkili prokurorluğa dəvət olunan vaxt ölkədə olmayıb, bu səbəbdən məsuliyyətə cəlb edilməsi ilə bağlı qərar yoxdur.

Qeyd edək ki, bir neçə gün əvvəl Çelsi Anar Pirməmmədova qarşı ciddi ittihamlar səsləndirib. O iddia edib ki, aralarında sevgi münasibəti olub. Daha sonra Pirməmmədovun evli və iki övladı olduğunu öyrənib, onun tərəfindən şəxsi xarakterli video, yazışmaları ilə təhdid edilib.

Baxşıyevanın sözlərinə görə, əvvəllər 1 ay müddətinə inzibati qaydada həbs edilməsinə səbəbkar da elə Anar Pirməmmədov olub.

Bu ittihamlardan sonra Anar Pirməmmədovun FHN-dəki vəzifəsindən azad edildiyi bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO