Zərdabda 5 günlük körpə niyə VƏFAT EDİB? - RƏSMİ AÇIQLAMA

Zərdabda 5 günlük körpə niyə VƏFAT EDİB? - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Zərdabda 5 günlük körpə niyə VƏFAT EDİB? - RƏSMİ AÇIQLAMA

597886

Xəbər verdiyimiz kimi, ötən gün Zərdabda 5 günlük körpə Qasımov Alparslan Nurlan oğlu vəfat edib. Körpənin babası Tahir Qasımovun iddiasına görə uşaqda sarılıq əlamətləri olub. Zərdab Rayon Mərkəzi Xəstəxanasında səhv diaqnoz qoyulduğu üçün körpənin səhhəti ağırlaşıb. 

Zərdab Rayon Mərkəzi Xəstəxanasından Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 21.02.2026-cı il tarixində saat 11:50 radələrində 2026-cı il təvəllüdlü yenidoğulmuş (kişi cinsli) üçün Zərdab Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinə müraciət olunub:
“Körpəyə fizioloji sarılıq diaqnozu təyin olunub.

Həkim tərəfindən körpənin ümumi vəziyyəti kafi qiymətləndirilib, dərisi təmiz, az miqdarda sarılıq müşahidə olunub. Aktivliyi və refleksləri normal qiymətləndirilib.

Auskultasiya zamanı ağciyərlərdə pueril tənəffüs eşidilib, cor tonları ritmik olub, qarın köplü, göbək ciyəsi düşməmiş və yeri yaş olub. Qaraciyər və dalaq əllənməyib stul və diurez normal olub.

22.02.2026-cı il tarixində saat 02:40 radələrində körpə təkrar olaraq Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə daxil olub. Körpəyə ikterik sarılıq, nevroloji simptomatika diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. 

Körpənin valideynlərinə ixtisaslaşmış tibb müəssisəsi olan Elmi-Tədqiqat Pediatriya İnstitutuna müraciət olunması tövsiyə olunub və onlar tibb müəssisəsini tərk ediblər”.

Həmçinin qeyd edilib ki, ana 08.07.2025-ci ildə ilk dəfə Zərdab Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzində hamilə kimi qeydiyyata düşüb:

“Lakin hamilə müntəzəm tibbi müayinələrdən imtina edib və hamiləliyin gedişinin özəl tibb müəssisəsinin həkim-mütəxəssisi tərəfindən izlənilməsi barədə müvafiq rəsmi sənəd imzalayıb.
05.02.2026-cı il tarixində Zərdab Rayon Mərkəzi Xəstəxanasına yenidən müraciət edib və 12.02.26 tarixində 36-37 həftə hamiləliyə görə dəyişmə vərəqi əldə edib. Doğuş 17.02.2026-cı il tarixində özəl tibb müəssisəsində icra olunub”- deyə açıqlamada qeyd olunub.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO