Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı araşdırma BAŞLADI – Dələduzluqda ittiham olunur

Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı araşdırma BAŞLADI – Dələduzluqda ittiham olunur

Hazırda oxunan: Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı araşdırma BAŞLADI – Dələduzluqda ittiham olunur

597868

Özünü mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni kimi təqdim edən Rüfət Qasımzadə vətəndaşa qarşı dələduzluqda ittiham olunur.

Bizim.Media xəbər verir ki, bu barədə Elşən Mahmudbəyli sosial şəbəkə hesabında videomüraciət yayıb. O, Rüfət Qasımzadə, Boran Qasımzadə, Məmməd Məmməzadə adlı şəxslərlə birlikdə qızıl biznesi ilə məşğul olduğunu bildirib.

Onun sözlərinə görə, həmin şəxslər ondan 50 min dollar alaraq vədlər veriblər:

“Bir müddət sonra verilən vədlərin yalan olduğu məlum olub. Rüfət Qasımzadə mənə bildirib ki, Türkiyədə hava limanında 5 kiloqram qızılı gömrükdə saxlanılıb. Lakin borcu ödəyəcək. Məsələ ilə bağlı Xalq artisti Ramiz Əzizbəylinin qızları ilə də söhbət etdim. Onlar da ziyanın ödəniləcəyini desələr də, ziyan ödənilməyib”.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov “apa.az”ın sorğusuna cavab olaraq bildirib ki, müraciət üzrə Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır:

“Araşdırmalarla tərəflər arasında yaranan mübahisə ilə bağlı müvafiq prosessual tədbirlərin icrası təmin olunacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO