Ağdərəyə növbəti KÖÇ: 293 nəfər qayıtdı – FOTO

Ağdərəyə növbəti KÖÇ: 293 nəfər qayıtdı – FOTO

Hazırda oxunan: Ağdərəyə növbəti KÖÇ: 293 nəfər qayıtdı – FOTO

597849

Ağdərə rayonuna daha 293 nəfər köçürülüb.

Bizim.Media xəbər verir ki, bu gün Ağdərə rayonunun dörd yaşayış məntəqəsinə ümumilikdə 293 nəfərdən ibarət 63 ailə qayıdıb.

Məlumata əsasən, Çıldıran kəndinə 46 nəfər (10 ailə), Çapar kəndinə 22 nəfər (7 ailə), Aşağı Oratağ kəndinə 141 nəfər (29 ailə), Heyvalı kəndinə isə 84 nəfər (17 ailə) köçürülüb.
 

Sakinləri Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov salamlayaraq onları əlamətdar gün münasibətilə təbrik edib. Sonra mənzillərin açarları təqdim olunub.


“Böyük Qayıdış” proqramı çərçivəsində rayonun sosial-iqtisadi dirçəlişi istiqamətində tədbirlər mərhələli şəkildə davam etdirilir.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO