Azərbaycanda orta məktəb müəllimi həbs edildi

Azərbaycanda orta məktəb müəllimi həbs edildi

Hazırda oxunan: Azərbaycanda orta məktəb müəllimi həbs edildi

597820

Mingəçevirdə orta məktəb müəllimi həbs edilib.

Bizim.Media xəbər verir ki, Mingəçevir şəhər 11 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi Rasim Məmmədov (soyad şərtidir - red.) dələduzluqda ittiham edilib.
 

O, vətəndaşların etibarından sui-istifadə edərək, onlardan xeyli miqdarda pul alaraq mənimsəyib. R.Məmmədov bir neçə nəfəri aldatmaqla, onlara 200 min manata yaxın vəsaiti alaraq mənimsəməkdə təqsirləndirilib.


Zərərçəkmişlərin şikayətlərindən sonra R.Məmmədov saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Məmmədov 6 il 6 ay azadlıqdan məhrum edilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO