Ötən həftə yanğından 37 nəfər xilas edilib - 13-ü azyaşlıdır

Ötən həftə yanğından 37 nəfər xilas edilib - 13-ü azyaşlıdır

Hazırda oxunan: Ötən həftə yanğından 37 nəfər xilas edilib - 13-ü azyaşlıdır

597776

Ötən həftə Azərbaycanda 593 yanğın olub.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
 

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 593 yanğına çıxış, 26 halda köməksiz vəziyyətdə qalma, 1 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.


Ümumilikdə, FHN qüvvələri tərəfindən ötən həftə ərzində 13-ü azyaşlı olmaqla 37 nəfər xilas edilib, 11 nəfər təxliyə olunub, 3 nəfər xəsarət alıb, 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO