Göyçayda zəncirvari qəza: Yaralananlar var - FOTO

Göyçayda zəncirvari qəza: Yaralananlar var - FOTO

Hazırda oxunan: Göyçayda zəncirvari qəza: Yaralananlar var - FOTO

597752

Göyçayda ağır yol qəzası baş verib.

Bizim.Media-nın Aran  bürosu xəbər verir ki, hadisə Göyçay–Bərgüşad avtomobil yolunda qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan üç minik avtomobili Toyota, VAZ 2107 və VAZ 2106 markalı avtomobillər toqquşub.
 

Nəticədə VAZ 2106 -nin sürücüsü 22 yaşlı Şamil Yusifov müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.


Xəsarət alan şəxs Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.




Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO