Tanınmış astroloqdan ŞOK XƏBƏRDARLIQ - Cəmi 2 gününüz var!

Tanınmış astroloqdan ŞOK XƏBƏRDARLIQ - Cəmi 2 gününüz var!

Hazırda oxunan: Tanınmış astroloqdan ŞOK XƏBƏRDARLIQ - Cəmi 2 gününüz var!

597667

Mars ilə Sirius ulduzu arasında harmoniya yaranıb və bu təsir 2 gün davam edəcək.

Bizim.Media xəbər verir ki, tanınmış astroloq Dinçer Günerin sözlərinə görə, bu müddət ərzində köhnə yaraları sağaltmaq və daxili gücümüzü bərpa etmək üçün mühüm fürsətlər yaranacaq.

“Bu astroloji təsir insanı həm fiziki, həm də emosional baxımdan gücləndirə bilər. Keçmişdə yaşadığınız bir travmanı geridə qoymaq üçün cəsarətli addım atacaqsınız. Uzun müddətdir sizi narahat edən, lakin üzləşməyə çəkindiyiniz məsələləri həll etmək üçün daxili güc tapa bilərsiniz.

Marsın enerjisi aktivliyi artırdığı üçün idman, fiziki məşqlər, fizioterapiya və bədənlə bağlı digər fəaliyyətlərdən daha çox fayda görmək mümkündür.
 

Eyni zamanda emosional baxımdan özümüzü müdafiə etmə instinkti güclənəcək. Keçmişdə “hə” deyib özünüzü qurban verdiyiniz situasiyalarda artıq “yox” demək və öz dəyərinizi qorumaq gücünü hiss edə bilərsiniz. “Mən bunu bacarmaram” dediyiniz bir layihəyə başlaya, uzun müddətdir ertələdiyiniz və sizə stress yaşadan işi nəhayət tamamlayaraq rahat nəfəs ala bilərsiniz.


Bir sözlə, qarşıdakı 2 gün həm daxili, həm də xarici dəyişiklik üçün güclü enerji vəd edir. Hərəkətə keçmək zamanıdır”, - astroloq qeyd edib. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO