Xəstəxanada vəfat edən 3 yaşlı körpə ilə bağlı rəsmi AÇIQLAMA

Xəstəxanada vəfat edən 3 yaşlı körpə ilə bağlı rəsmi AÇIQLAMA

Hazırda oxunan: Xəstəxanada vəfat edən 3 yaşlı körpə ilə bağlı rəsmi AÇIQLAMA

597651

Gəncədə xəstəxanaya ağır vəziyyətdə gətirilən və vəfat edən 3 yaşlı körpə ilə bağlı rəsmi açıqlama verilib. 

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, 22.02.2026-cı il tarixində saat 06:40 radələrində 2023-cü il təvəllüdlü azyaşlı (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"Ona dəqiqləşdirilməmiş sepsis və dəqiqləşdirilməmiş ağciyər çatışmazlığı diaqnozu təyin olunub və müalicəsi Reanimasiya şöbəsində davam etdirilib.

Göstərilən zəruri reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 07:00 radələrində azyaşlının bioloji ölüm faktı qeydə alınıb" deyə məlumatda bildirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO