"Android"də YENİ funksiyalar

"Android"də YENİ funksiyalar

Hazırda oxunan: "Android"də YENİ funksiyalar

597590

"Android 17" əməliyyat sisteminin beta-versiyasında maraqlı funksiyalar ortaya çıxıb.

Bizim.Media xəbər verir ki, onu sınaqdan keçirən "Android Authority" jurnalistləri beş əsas funksiyanı xüsusi qabardıblar.

Belə ki, "App Lock" hər proqramı PIN və ya biometrik göstərici ilə qorumaq imkanı verir.

"Wi-Fi" və mobil internet üçün ayrı düymələr sürətli və sadə idarəetmə üçün idealdır. Təkmilləşdirilmiş ekran qeydi bütünlükdə ekranı deyil, seçilmiş sahəni qeydə almaq, xarici monitordakı görüntüləri saxlamaq üçün şərait yaradır. Məhdud kontakt girişi sayəsində mesajlaşma proqramlarında yalnız seçilmiş kontaktlar görünəcək və yalnız seçilmiş fotolar hamı üçün açıq olacaq. Universal kopiyalama cihazlar arasında məzmunu paylaşmaq və aktiv proqramları sinxronlaşdırmaq imkanı verəcək.

İstifadəçilərdən çoxu üçün yeni versiyanın əsas narahatlığı klassik vahid paneldən və ayarlardan imtina olacaq. Trendlərə uyğun olaraq, "Google" bu sahəni iki yerə bölməyi planlaşdırır: ekranın sol tərəfindən yalnız bildirişlər, sağ tərəfdən isə yalnız "İdarəetmə Mərkəzi" görünəcək. Lakin klassik görünüşü geri qaytarmaq imkanı da olacaq. (Lent.az)


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO