Milli Məclis: "İmprotex Motors"la müqavilənin məbləği ilə bağlı yayılanlar YALANDIR

Milli Məclis: "İmprotex Motors"la müqavilənin məbləği ilə bağlı yayılanlar YALANDIR

Hazırda oxunan: Milli Məclis: "İmprotex Motors"la müqavilənin məbləği ilə bağlı yayılanlar YALANDIR

597558

Son günlər bir sıra xəbər saytlarında Azərbaycan Respublikası Milli Məclisi ilə “İmprotex Motors” MMC arasında Milli Məclisin nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsinə dair bağlanmış müqavilə barədə məlumatlar yayılmışdır. Həmin xəbərlərdə müqavilənin maliyyə dəyərinin 2 milyon 282 min 605 manat olduğu iddia edilir.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

“Bununla bağlı bildiririk ki, yayılan məlumat həqiqəti əks etdirmir. Bildiririk ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən “İmprotex Motors” MMC Milli Məclisin rəsmi zəmanətdə olan nəqliyyat vasitələrinə yağ və sürtkü materiallarının dəyişdirilməsi, ehtiyat hissələrinin təmin olunması, eləcə də müvafiq servis xidmətlərinin göstərilməsini həyata keçirəcək. Müqavilənin ümumi məbləği isə 22 min 826 manat təşkil edir”, - məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO