Faciəli şəkildə həyatını itirən FHN əməkdaşı dəfn edildi – FOTO

Faciəli şəkildə həyatını itirən FHN əməkdaşı dəfn edildi – FOTO

Hazırda oxunan: Faciəli şəkildə həyatını itirən FHN əməkdaşı dəfn edildi – FOTO

597506

Xəbər verdiyimiz kimi, 21 fevral 2026-cı il tarixində saat 06:00 radələrində Bakı–Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi zamanı faciəli hadisə baş verib. Salyan rayonunda xidməti vəzifəsini yerinə yetirən iki yanğınsöndürəni maşın vurub.
 

MÖVZU İLƏ BAĞLI: 

Salyandakı faciədən saniyələr əvvəl: FHN əməkdaşlarının SON GÖRÜNTÜLƏRİ


Bizim.Media xəbər verir ki, Ələt–Astara magistral yolunun Kürsəngi kəndi ərazisində yanan yük avtomobilinə müdaxilə zamanı hərəkətdə olan nəqliyyat vasitəsi FHN əməkdaşlarını vurub.

Nəticədə 42 yaşlı yanğınsöndürən Hakim Piriyev hadisə yerində həlak olub, digər əməkdaş Elşən Tağıyev isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib, vəziyyəti stabildir.

Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləyib, hadisə ilə bağlı araşdırma aparılır.

Həlak olan yanğınsöndürən Hakim Piriyev doğulduğu rayonun qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində ailə üzvləri, yaxınları, FHN əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.


















Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO