Saat 10:00-da işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Saat 10:00-da işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Hazırda oxunan: Saat 10:00-da işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ

597479

Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunun səkkiz kəndində fevralın 21-də elektrik enerjisinin verilişi dayandırılacaq.

Bizim.Media xəbər verir ki, Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən ərazidə planlı təmir-bərpa işləri aparılacaq.
 

Bununla əlaqədar 35/10 kV-luq yarımstansiyadan qidalanan Aza 10 kV-luq elektrik xətti rayon ərazisində yüksəkgərginlikli elektrik xətlərinin çəkilməsi ilə bağlı sifariş əsasında müvəqqəti olaraq açılacaq.


Bu səbəbdən Ordubad rayonunun Aza, Azad, Dizə, Qoşadizə, Kələntər Dizə, Sabirkənd, Baş Dizə və Gilançay kəndlərində saat 10:00-dan 11:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO