Ötən il ölkəmizdə 96 minə yaxın körpə DOĞULDU

Ötən il ölkəmizdə 96 minə yaxın körpə DOĞULDU

Hazırda oxunan: Ötən il ölkəmizdə 96 minə yaxın körpə DOĞULDU

597428

2025-ci il ərzində Azərbaycan Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 95 min 875 doğulan körpə qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı statistik məlumatda qeyd olunub.

Bildirilib ki, 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici azalaraq 10-dan 9,4-ə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub. Körpələrdən 3 min 170-i əkiz, 117-si isə üçəm doğulub.
 

Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Dağlıq Şirvan (11,8), Qarabağ (11,3), Lənkəran-Astara (11,2), Şərqi Zəngəzur (11,1), Mil-Muğan (10,8), Şirvan-Salyan (10,7), Qazax-Tovuz və Mərkəzi Aran (10,6), Quba-Xaçmaz (10,5) iqtisadi rayonlarında ölkə göstəricisindən (9,4) yüksək olub.


Ötən il ölkədə 59 min 834 ölüm halı qeydə alınıb və 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici dəyişməyərək eyni səviyyədə (5,8) qalıb. Ölənlərin 2 min 292 nəfəri (3,8 faizi) 0-17 yaşda, 5 min 839 nəfəri (9,8 faizi) 18-49 yaşda, 14 min 230 nəfəri (23,8 faizi) 50-64 yaşda, 37 min 473 nəfəri (62,6 faizi) isə 65 və yuxarı yaşda olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO