32 il əvvəl – Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hesab olunan Hacıyev Qılman Surxay oğlu Bərdə rayonunda dəfn edilib.
Bizim.Media xəbər verir ki, Bərdə rayonunun Kələntərli kəndində rayon sakinlərinin, şəhidin ailə üzvlərinin, Bərdə Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhidlə vida mərasimi keçirilib.
Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları kənd qəbirstanlığında dəfn edilib, ruhuna dualar oxunub.
Qeyd edək ki, 1972-ci ildə Bərdə rayonunun Kələntərli kəndində anadan olan Q.Hacıyev Birinci Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. O, 1994-cü il fevralında Kəlbəcər rayonunun Yanşaq kəndində itkin düşmüşdü.
Uzun illər itkin hesab olunan hərbçimizin nəşinin qalıqları müvafiq ekspertiza və eyniləşdirmə prosedurlarından sonra müəyyən edilərək ailəsinə təhvil verilib.



Bizim.Media




























































































