Bakıda qeyri-adi hadisə: Qızına şillə vuran ata həbs olunmasını istədi

Bakıda qeyri-adi hadisə: Qızına şillə vuran ata həbs olunmasını istədi

Hazırda oxunan: Bakıda qeyri-adi hadisə: Qızına şillə vuran ata həbs olunmasını istədi

597365

Bakıda qızına şillə vuran ata həbs olunub.

Bizim.Media Lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.

Əvvəllər məhkum olunmuş 41 yaşlı S.Cəfərov saat 1 radələrində telefonla oynayan qızına irad bildirərək yatmasını tapşırıb.

Lakin qızı atasının sözlərini eşitməyib və telefonla oynamaqda davam edib. Bundan əsəbiləşən Cəfərov şillə ilə qızının sifətinə zərbə vurub.
 

Bu əməlinə görə S.Cəfərov saxlanılıb və barəsində cinayət işi başlanıb. Cəfərov ifadəsi zamanı əməlindən peşman olduğunu deyib. Amma daha qəribə tərəfi isə onun məhkəmədən özü barəsində həbs qərarı verilməsini xahiş etməkdir. Belə ki, təqsirləndirilən şəxs həbs olunmayacağı təqdirdə özünə qəsd edəcəyini bildirib.


Zərərçəkən qız atasının tez-tez spirtli içki içdiyini və daim evdə mübahisələr yaratdığını deyib. Onun sözlərinə görə, məhkəmə istintaqı zamanı da atası onu və anasını döyüb ki, şikayəti geri götürsünlər. Zərərçəkən həyatlarının təhlükədə olduğunu bildirib və məhkəmədən bunu nəzərə almağı istəyib.

Məhkəmənin hökmü ilə S.Cəfərov 5 ay müddətinə həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO