Bakı Lokomotiv Deposunun sökülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Bakı Lokomotiv Deposunun sökülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Hazırda oxunan: Bakı Lokomotiv Deposunun sökülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

597363

Paytaxtın Böyükşor ərazisində yerləşən Bakı Lokomotiv Deposu sökülür. Sözügedən depo uzun illər fəaliyyət göstərib və Azərbaycan Dəmir Yolları” QSC-nin balansındadır.

Bəs, depodakı söküntü işləri nəylə bağlıdır?

Bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC-yə sorğu göndərdik. Qurumdan Bizim.Media-ya verilən açıqlamada söküntü ilə bağlı məlumat verilib:

“Azərbaycan Dəmir Yolları” QSC ilə “Stadler Rail Group” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, Böyükşorda Bakı Lokomotiv Deposunun ərazisində Texniki Servis Mərkəzi inşa olunacaq.
 

Texniki Servis Mərkəzinin layihələndirilməsi və tikinti işləri çərçivəsində müvafiq ərazidə bəzi obyektlərin demontajı nəzərdə tutulub. Hazırda inzibati bina və sexlərdən birinin söküntüsü işləri həyata keçirilir.


Yeni Servis Mərkəzində “Stadler” markalı dəmir yolu nəqliyyatı vasitələrinin təmiri və texniki xidmət həyata keçiriləcək”.


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO