Vaşinqtondakı təxribatı törədənləri hansı hüquqi məsuliyyət gözləyir? – Çingiz Qənizadədən AÇIQLAMA

Vaşinqtondakı təxribatı törədənləri hansı hüquqi məsuliyyət gözləyir? – Çingiz Qənizadədən AÇIQLAMA

Hazırda oxunan: Vaşinqtondakı təxribatı törədənləri hansı hüquqi məsuliyyət gözləyir? – Çingiz Qənizadədən AÇIQLAMA

597343

“Dünən Vaşinqtonda, cənab Prezidentin qaldığı hotelin qarşısında baş verənlər beynəlxalq hüquqa tamamilə ziddir. Nəyəsə etirazın varsa, bunu zorla, təhqiramiz şəkildə və ən başlıcası ictimai asayişi pozmadan etmək mümkündür. Amma dünən baş verənlər onu göstərdi ki, o fərdlər etiraz yox, siyasi şou göstərmək istəyiblər”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Vaşinqtonda TƏXRİBATA CƏHD: Prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları qarşısını aldılar - VİDEO


Çingiz Qənizadə hadisəni törədənlərin cəzalandırılmalı olduğunu bildirib.

“Təxribatın qarşısının alınmasında Prezidentin mühafizə xidmətinin əməkdaşlarıyla yanaşı Amerika polisi yaxından iştirak edib. Nəzərə alaq ki, təxribatçılar mühafizə xidmətinin əməkdaşlarıyla yanaşı ABŞ polisinə qarşı təhqiramiz hərtəkətlər ediblər. 

Qeyd edim ki, rəsmi qonağın qaldığı hotelə zorla daxil olmaq ABŞ qanunları ilə qadağandır. Təsadüfi deyil ki, bu xuliqanlıq hərəkətlərinin qarşısının alınmasında amerikalı polislər də iştirak etdi. Yəqin ki, həmin təxribatçılarla bağlı ABŞ hüquq-mühafizə orqanları tərəfindən müvafiq ölçü götürüləcək”.

Çingiz Qənizadə əlavə edib ki, sözügedən təxribatın əsas sifarişçiləri ABŞ-dakı erməni lobbisi və digər ermənipərəst qüvvələrdir.

Xatırladaq ki, fevralın 19-da xaricdə yaşayan bir neçə anti-milli ünsür aqressiv və təhrikedici formada Prezident İlham Əliyevin qaldığı hotelin qarşısında təxribat törətməyə çalışıblar. Onlar kifayət qədər qeyri-etik davranışları ilə diqqəti cəlb edərək və öz mənəviyyatlarına uyğun ifadələr işlədərək təhlükəsizlik kordonunu yarmağa və zorla hotelə daxil olmağa cəhd göstəriblər.

Azərbaycan Prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşları ABŞ polisi ilə birlikdə operativ şəkildə müdaxilə edərək həmin şəxsləri peşəkarlıqla zərərsizləşdirib və təxribat cəhdinin qarşısını alıblar. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO