AZAL-dan Rusiyaya üzərlik bitkisi aparan vətəndaşlara XƏBƏRDARLIQ

AZAL-dan Rusiyaya üzərlik bitkisi aparan vətəndaşlara XƏBƏRDARLIQ

Hazırda oxunan: AZAL-dan Rusiyaya üzərlik bitkisi aparan vətəndaşlara XƏBƏRDARLIQ

597252

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Rusiyaya səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşlarına müraciət edib.

Bizim.Media xəbər verir ki, AZAL məlumat yayıb.

Məlumata görə, müraciətdə bildirilir ki, üzərlik bitkisi Azərbaycan qanunvericiliyinə əsasən cinayət tərkibi yaratmasa da, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 229.1-ci maddəsinə (narkotik vasitələrin qanunsuz dövriyyəsi) əsasən bu bitkinin ölkə ərazisinə daşınması ciddi cinayət məsuliyyəti yarada bilər.
 

Qeyd olunan maddə Rusiyanın dövlət sərhədindən narkotik vasitələrin və oxşar maddələrin qanunsuz keçirilməsinə görə 3 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Cəza maddənin miqdarından (külli və ya xüsusilə külli miqdar), mütəşəkkil dəstənin və ya vəzifəli şəxsin iştirakı kimi hallardan asılı olaraq ağırlaşdırılır.


Bundan əlavə, 1 milyon rubladək (22,139 min manat və ya 13 min ABŞ dolları) cərimə tətbiq oluna bilər. AZAL vətəndaşlara Rusiyaya səfər zamanı üzərlik və oxşar bitkiləri özləri ilə aparmamağı tövsiyə edib.

AZAL sərnişinləri səfərdən əvvəl gedəcəkləri ölkənin qüvvədə olan qanunvericiliyi və gömrük qaydaları ilə diqqətlə tanış olmağa çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO