İtkin düşmüş qəhrəmanın izi 33 il SONRA – Döyüş yoldaşları hansı sirləri AÇDI? - VİDEO

İtkin düşmüş qəhrəmanın izi 33 il SONRA – Döyüş yoldaşları hansı sirləri AÇDI? - VİDEO

Hazırda oxunan: İtkin düşmüş qəhrəmanın izi 33 il SONRA – Döyüş yoldaşları hansı sirləri AÇDI? - VİDEO

597224

Bu gün Mingəçevir şəhərində 33 ildən sonra şəhidimiz Şahin Kərimov dəfn olundu. Dəfndə iştirak edən hərbiçi yoldaşları şəhidimiz haqqında Bizim.Media-ya danışıblar.

Onlar çıxışlarında şəhidin nə qədər qəhrəman, qorxmaz biri olduğunu vurğulayıblar.

Qeyd edək ki, Əslən Kəlbəcər rayonunun Zar kəndindən olan, Birinci Qarabağ Müharibəsinin itkin şəhidi Şahin Kərimov 16 dekabr 1973-cü ildə Mingəçevir şəhərində anadan olub. O, Qarabağ döyüşlərinə könüllü qatılaraq Vətənin müdafiəsində fəal iştirak edib.

Şahin Kərimov 1993-cü ilin 8 aprelində ağır döyüşlər zamanı itkin düşüb. Onun nəşi 33 ildən sonra tapılaraq ailəsinə təhvil verilib.

Leyla Vəfadar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO