“Bunları etmədən oruc tutmaq, yalnız pəhriz sayılır”

“Bunları etmədən oruc tutmaq, yalnız pəhriz sayılır”

Hazırda oxunan: “Bunları etmədən oruc tutmaq, yalnız pəhriz sayılır”

597219

On bir ayın sultanı Ramazan yenidən mübarək qədəmləri ilə həyatımıza gəldi. Yenə də ruhumuz dincələcək, qəlbimiz xeyirxahlıqla dolacaq. Ən azından bir ay xeyirxah olmağa, könülləri şad eləməyə çalışacaq, pisliklərdən çəkinəcəyik. Nəzərə alaq ki, Ramazan təkcə mədənin yox, həm də nəfsin orucluğudur.

Bu ayda insanlar qazanmaqdan daha çox xeyirxah əməllər üçün düşünməlidirlər.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən dinşünas Tural İrfan deyib ki, Ramazan ayı günahlardan təmizləmnə-arınma fürsətidir:

“Bu ayda oruc tutmaqla yanaşı insanlar çalışmalıdır yaxşılıq etməyi, əl tutmağı, yardımlaşmağı artırsınlar, acları, miskin və məzlumları düşünsünlər. Quru aclıq, susuzluq yalnız pəhriz sayıla bilər. Fəqət tutulan orucun “içi dolu” olmalıdır. Allahdan bağışlanma diləmək və dilənməklə də iş aşmaz, gərək mütləq başqa aylarda edilən günahlardan peşman olub bir daha təkrarlamayasan.

Yalnız özü üçün dua edən, axirəti ibadətlə qazanmaq istəyənlər təqva əhli yox, alverçilərdir.

Allaha ibadət verib Cənnət almaq istəyənlər tacirlərdir. İbadət və günahların tərki yalnız və yalnız Allah rızası üçün, bir də insanlıq naminə olmalıdır, təmənnasız. Bu, möminlərin ibadətidir.

Quran oxumaq, ehsan vermək, şəhidləri ziyarət etmək lazımdır. Oruc cismin təmizlənməsi ilə yanaşı ruhun və qəlbin də saflaşmasıdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO