Ucarda zəncirvari QƏZA – Xəsarət alanlar var – VİDEO

Ucarda zəncirvari QƏZA – Xəsarət alanlar var – VİDEO

Hazırda oxunan: Ucarda zəncirvari QƏZA – Xəsarət alanlar var – VİDEO

597213

Ucarda zəncirvari yol qəzası baş verib.

Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Minik, yük və mikroavtobusun toqquşduğu qəzada 6 nəfər xəsarət alıb.

Xəsarət alanlar Ucar rayon sakinləri - 1975- ci il təvəllüdlü Səidə Mirzalı qızı Baxşəliyeva, 1966-cı il təvəllüdlü Zalike Mirzalı qızı Salikova, 1973- cü il təvəllüdlü Vəfa Qarapaşa qızı Baxşəliyeva, 1985- ci il təvəllüdlü Şərqiyə Vidadi qızı Rəhimova, 1952-ci il təvəllüdlü Aruza Mustafakamal qızı Məmmədova və 1967-ci il təvəllüdlü Şəfaqət Mirzalı qızı Rəhimovadır.

Ucar Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, xəsarət alanlar Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bildirilib ki, yaralılara bədənin müxtəlif hissələrinin əzilmiş, cızılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO