Dünyada təqribən 2 milyard müsəlman var. Onlardan nə qədərinin oruc tutduğunu hesablamaq mümkün olmasa da, orucun müddətini ölkələrə görə hesablayıblar.
Bizim.Media xəbər verir ki, Dünya İslam Liqasının araşdırmasına görə, Ramazan ayının ilk günündə oruc tutma müddəti aşağıdakı kimi olacaq:
Azərbaycan: 12 saat 25 dəqiqə;
Türkiyə: 12 saat 23 dəqiqə;
Səudiyyə Ərəbistanı: 12 saat 42 dəqiqə;
ABŞ: 12 saat 25 dəqiqə;
Böyük Britaniya: 12 saat 8 dəqiqə;
Finlandiya: 11 saat 53 dəqiqə;
Pakistan: 12 saat 30 dəqiqə;
Yaponiya: 12 saat 27 dəqiqə;
İspaniya: 12 saat 23 dəqiqə;
İndoneziya: 13 saat 28 dəqiqə;
Braziliya: 13 saat 47 dəqiqə;
Cənubi Afrika: 14 saat 13 dəqiqə.
Ramazan ayının son günündə ən uzun orucun İslandiyanın Reykyavik və Qrenlandiyanın Nuuk şəhərlərində təxminən 15 saat 3 dəqiqə olacağı gözlənilir.
Şimal yarımkürəsində qış mövsümü səbəbindən Ramazan ayının ilk günlərində oruc müddətləri təxminən 12-13 saat olacaq. Günlər uzandıqca, ayın sonuna doğru müddətlər artacaq.
Cənub yarımkürəsində yay mövsümü səbəbindən uzun başlayan oruc müddətləri günlər qısaldıqca azalacaq.
Hicri təqvimi Qriqorian təqvimi ilə müqayisədə hər il təxminən 10-12 gün geri çəkildiyindən, Ramazan fəsillər arasında dövri olaraq dəyişir. Bu dövrəyə görə, Şimal yarımkürəsində ən qısa oruc müddətləri 2031-ci ildə, ən uzunu isə 2047-ci ildə müşahidə olunacaq.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:25 / 19.02.2026
Hansı ölkədə neçə saat oruc tutulur? – SİYAHI
Hazırda oxunan: Hansı ölkədə neçə saat oruc tutulur? – SİYAHI
Hazırda oxunan: Hansı ölkədə neçə saat oruc tutulur? – SİYAHI
597209
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































