Şəhid Rəsul Ağayev Sabirabadda torpağa tapşırıldı – FOTO

Şəhid Rəsul Ağayev Sabirabadda torpağa tapşırıldı – FOTO

Hazırda oxunan: Şəhid Rəsul Ağayev Sabirabadda torpağa tapşırıldı – FOTO

597190

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Rəsul Babaxan olu Ağayev Sabirabad rayon Nərimankənd kənd qəbiristanlığında dəfn olunub.

Bizim.Media xəbər verir ki, əvvəlcə Nərimankənd kəndində şəhidlə vida mərasimi olub, cənazə namazı qılınıb. Mərasimdə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Vida mərasimindən sonra Rəsul Ağayev hərbi orkestrin və yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.

Qeyd edək ki, Rəsul Ağayev 1968-ci ildə Nərimankənd kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə yollanıb. 1992-ci il Sırxavənd kəndi (Ağdərə) istiqamətində gedən döyüşlərdə itkin düşüb. Rəsul Ağayev Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan şəhidlərdən biridir.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO