“Bakı Hərbi Məhkəməsinin Ruben Vardanyanla bağlı çıxardığı qərar təkcə ədalətin bərpası deyil, həm də Azərbaycan xalqına böyük əzablar yaşatmış təxminən 30 illik münaqişənin rəmzi və məntiqi yekunudur”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında paylaşım edib.
“Azərbaycan unikal hərbi-siyasi münaqişə həlli modeli irəli sürərək və post-münaqişə dövrü üçün sülh gündəliyi formalaşdıraraq, hərbi cinayətlər və insanlığa qarşı cinayətlərdə ittiham olunan şəxslərin – o cümlədən Bako Saakyan, Araik Arutunyan, Ruben Vardanyan və digərlərinin məsuliyyətə cəlb olunmasını təmin edib.
Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində bu məhkəmə qərarlarının qəbul edilməsi bu faciənin və bütövlükdə münaqişənin günahsız qurbanlarının xatirəsinə dərin ehtiramdır”, - Prezidentin köməkçisi əlavə edib.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:24 / 19.02.2026
Hikmət Hacıyev: “Məhkəmənin Vardanyanla bağlı qərarı 30 illik münaqişənin məntiqi yekunudur”
Hazırda oxunan: Hikmət Hacıyev: “Məhkəmənin Vardanyanla bağlı qərarı 30 illik münaqişənin məntiqi yekunudur”
Hazırda oxunan: Hikmət Hacıyev: “Məhkəmənin Vardanyanla bağlı qərarı 30 illik münaqişənin məntiqi yekunudur”
597179
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































