Cəlal Orucova yüksək vəzifə verildi

Cəlal Orucova yüksək vəzifə verildi

Hazırda oxunan: Cəlal Orucova yüksək vəzifə verildi

597147

Cəlal Orucov "Kapital Bank"ın İdarə Heyətinin üzvü və sədr müavini təyin olunub.

Bu barədə Bizim.Media-ya bankdan bildirilib.

Məlumata görə, bununla bağlı qərar bankın Müşahidə Şurası tərəfindən verilib. Qeyd edilib ki, Cəlal Orucov "Kapital Bank"ın Ödənişlər biznesinə və "PashaPay"ə rəhbərlik edəcək.

Qeyd edək ki, Cəlal Orucov Azərbaycanın aparıcı maliyyə institutlarında rəhbər vəzifələrdə çalışıb. O, Mərkəzi Bankda Ödəniş sistemlərinin inkişafı bölməsinin rəhbəri, MilliKart şirkətində Baş icraçı direktor, Unibank və Azərbaycan Beynəlxalq Bankında Texnologiyalar üzrə Baş direktor, "PAŞA Bank"da Əməliyyatlar üzrə Baş direktor və İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib. Cəlal Orucov eyni zamanda "PAŞA Kapital"da Müşahidə Şurasının üzvüdür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO