Ərzaq bazarında yoxlama: Sahibkar cəzalandırıldı – FOTO/VİDEO

Ərzaq bazarında yoxlama: Sahibkar cəzalandırıldı – FOTO/VİDEO

Hazırda oxunan: Ərzaq bazarında yoxlama: Sahibkar cəzalandırıldı – FOTO/VİDEO

597128

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Neftçala rayonunda fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları bazarında plandankənar yoxlama aparıb.

Bizim.Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı qida təhlükəsizliyi və sanitariya-gigiyena tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib:

"Belə ki, satışa çıxarılan qida məhsullarına dair müvafiq müşayiətedici sənədlər yoxlamaya təqdim edilməyib, məhsullar üzərində etiket məlumatları mövcud olmayıb. Balıq və süd məhsullarının soyuducudan kənarda açıq şəkildə satıldığı aşkarlanıb.

Xüsusilə bazarda mal qonşuluğu və tez xarab olan qida məhsullarının satışına dair tələblərinin pozulması halları müəyyən edilib.

Faktla bağlı sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib olunub. Bazarda süd və süd məhsullarının satışının dayandırılması barədə qərar qəbul edilib, nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib.

AQTA tərəfindən ərzaq bazarlarında həyata keçirilən nəzarət tədbirlərinin əsas məqsədi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunmasıdır. Bu tələblərin icrası, eləcə də nöqsanların aradan qaldırılması, bazarların sağlamlaşdırılması üzrə əsas məsuliyyət isə bazar rəhbərlərinin üzərinə düşür".










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO