Sabahdan dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır.
Bizim.Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, müsahibə zamanı namizədlər liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqlar nəzərə alınmaqla ümumilikdə 7 meyar üzrə qiymətləndiriləcək.
Namizədlər müsabiqə qaydalarına uyğun olaraq müsahibə mərhələsinə ali təhsili, pedaqoji stajı, qiymətləndirmə göstəriciləri, eləcə də müraciət etdikləri təhsil müəssisəsindəki şagird sayı nəzərə alınmaqla ardıcıllıq prinsipi əsasında mərhələli şəkildə dəvət ediləcəklər.
Qeyd edək ki, ilk 6 gün ərzində baş tutacaq müsahibələrin dəvətləri namizədlərin şəxsi səhifələrinə göndərilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:18 / 19.02.2026
Direktorların işə qəbulu üzrə müsahibələrə başlanılır – TARİX AÇIQLANDI
Hazırda oxunan: Direktorların işə qəbulu üzrə müsahibələrə başlanılır – TARİX AÇIQLANDI
Hazırda oxunan: Direktorların işə qəbulu üzrə müsahibələrə başlanılır – TARİX AÇIQLANDI
597120
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































