Gəncədə Vətən müharibəsi şəhidinin adını daşıyan küçənin açılışı olub - FOTO

Gəncədə Vətən müharibəsi şəhidinin adını daşıyan küçənin açılışı olub - FOTO

Hazırda oxunan: Gəncədə Vətən müharibəsi şəhidinin adını daşıyan küçənin açılışı olub - FOTO

59712

Bu gün Gəncədə 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Mirhüseyn Miryunis oğlu Seyidzadə adına küçənin və barelyefin açılışı olub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirdə şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, qazilər və hərbçi yoldaşları, şəhid videoları, media nümayəndələri, şəhər sakinləri iştirak ediblər.  

İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Dahasonra mərasimdə çıxış edən Gəncə İcra hakimiyyəti başçısının müavini Adil Tağıyev, Millət vəkilləri Pərvin Kərimzadə, Müşfiq Cəfərov, YAP Gəncə təşkilatının Sədri Ramil Orucov, Nizami Bələdiyyəsinin Sədri Qoşqar Məmmədov, Şəhid Hacı Rauf Əsgərovun anası Briliyant Əsgərova 44 günlük Vətən müharibəsində Azərbaycan gənclərinin döyüşkənliyi və mərdliyi, ölümün gözünə dik baxaraq torpaqların azad edilməsi uğrunda canlarından belə keçməyə hazır olduqlarını vurğulayıblar.

Tədbirdə qeyd olunub ki, şəhid Mirhüseyn Seyidzadə hələ körpəliyindən Vətənə bağlılığı ilə seçilib.

Həqiqi hərbi xidməti başa vurduqdan sonra torpaqların azad olunması istəyi onu “N” saylı hərbi hissədə müddətdən artıq hərbi xidmət edən əsgər kimi çalışmağa yönəltdi. Ailədə tək oğul olsada valideynləri ilə söhbət edəndə həmişə ermənilərə qarşı intiqam hislərinin olduğunu söyləyən Mirhüseyn bir gün işğalda olan Qarabağ torpaqlarının azad ediləcəyini, bu şərəfli yolda onun da bir əməyi olacağını söyləyirdi.  

2019-cu il sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyevin silaha sarılmaq və torpaqların azad olunması üçün səfərbər olunmaq barədə əmri gələndə bir hərbçi kimi Mirhüseyn Seyidzadə də döyüşlərə atılıb.

Qəhrəmanımız Mirhüseyn Seyidzadə Vətən müharibəsində Laçın, Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə böyük şücaətlər göstərib.  

Misilsiz xidmətləri olan M.Seyidzadə oktyabrın 9-da Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ali Baş Komandan, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla M.Seyidzadə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “İkinci dərəcəli Vətənə xidmətə görə”, 3-cü dərəcəli “Rəşadət” ordenləri ilə təltif edilib. 

Sonda şəhidin atası Miryunus Seyidzadə oğlunun qəhrəmanlığını qiymətləndirən dövlət başçısına, ali baş konamdana, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.  

Miryunus Seyidzadə qeyd edib ki, bu gün torpaqlarımızın uğrunda canından keçən şəhidlərimiz xalqımızın yaddaşından heç zaman silinməyəcək.  

“Mən bir şəhid atası kimi oğlumla qürur duyuram. Mirhüseyn bütün şəhid balalar kimi əsl vətənpərvər olduğunu döyüşlərdə göstərdi. Başımızı dik tutub gəzmək üçün xalqımıza öz şəhidlikləri ilə kömək etdilər, torpaqlarımızı düşmənlərdən qanları bahalarına azad etdilər.

Bu gün çox qürurluyam ki, oğlumun ad günündə onun adına olan küçənin açılışında hamı böyük hörmət və məhəbbətlə iştirak edir. Mən bilirəm ki, xalqımız vətən uğrunda canından keçən şəhidləri heç zaman unutmayacaq”, - deyə şəhid atası vurğulayıb.  
Qeyd edək ki, Gəncə şəhər Əttarlar küçəsinin Nizami Gəncəvi prospekti ilə kəsişməsindən Eldəniz Həsənov küçəsi ilə kəsişməsinədək olan hissəsi bu küçədə yaşamış şəhid Mirhüseyn Seyidzadənin adını daşıyır.  

Məqsəd Rəhimov, Bizim.Media

















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO