Bu gün Masallının bəzi ərazilərində elektrik enerjisi olmayacaq.
"Azərişıq"dan Bizim.Media-ya verilən məlumata görə, fevralın 19-da Masallı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35/10 kV-luq "Bambaşı" yarımstansiyasından çıxan 10 kV-luq 8 saylı hava xəttində təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 16:00-dək rayonun Alaşa, Yeyənkənd, Yolağac, Zuvand kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Məlumata görə, təmir işləri başa çatdıqdan sonra həmin kəndlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:33 / 19.02.2026
Masallının bu kəndlərində İŞIQ KƏSİLƏCƏK
Hazırda oxunan: Masallının bu kəndlərində İŞIQ KƏSİLƏCƏK
Hazırda oxunan: Masallının bu kəndlərində İŞIQ KƏSİLƏCƏK
597106
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































