Birinci Qarabağ müharibəsində itkin düşmüş Murad Mahmudov ANILDI - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş Murad Mahmudov ANILDI - FOTO

Hazırda oxunan: Birinci Qarabağ müharibəsində itkin düşmüş Murad Mahmudov ANILDI - FOTO

597070

Bu gün Zaqatala rayonu Muxax kənd sakini Birinci Qarabağ müharibəsində itkin düşmüş Murad Mahmudovun xatirəsi anılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, valideynləri, qohum-əqrabası, şəhid ailə üzvləri, qazilər, ziyalılar onun xatirəsini anmaq üçün Zaqatala şəhərindəki "İtkin şəhidlər" abidəsi önündə bir araya gəlib, onun həyat yolundan, qəhrəmanlığından bəhs ediblər.

Muradın atası Qəni kişi  və anası Pəri xanım anım mərasiminə qatılanlara minnətdarlıq edib, oğullarının qayıdacağına inandıqlarını ifadə ediblər.
 

Qeyd edək ki, Murad Mahmudov Birinci Qarabağ müharibəsi dövründə könüllü olaraq hərbi komissarlığa müraciət edərək döyüş bölgəsinə yollanıb.


Bir neçə dəfə düşmənlə ağır döyüşlərə girib, yoldaşlarının mühasirədən çıxmasında fəal iştirak edib. 1993- cü ilin fevralın 18 də Ağdərə istiqamətində gedən ağır döyüşlərdən birində isə Murad itkin düşüb. Döyüş yoldaşları, ailəsi bir daha ondan xəbər ala bilməyib. 




Tural Rasimoğlu, Bizim. Media, Şimal-Qərb bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO